news Image
2012.09.19
17:19
| A A A
Qafqaz Universitetinin 20 tələbəsi Prezident Təqaüdünə layiq görüldü

Movqe.Az xəbər verir ki, Qafqaz Universiteti qurulduğu 1993-cü ildən bu günə kimi qarşısına məqsəd qoyaraq ən yüksək səviyyəli təhsil vermək və dünya universitetləri ilə rəqabət aparmaq, Ulu öndər Heydər Əliyevin qoymuş olduğu təhsil siyasətini qürurla həyata keçirməkdir. Elə bunun bariz nümunəsi kimi bir neçə ilə nəzər salsaq ilbəil yüksək bal toplayanlar Qafqaz Universitetini seçməkdədirlər. 2010-2011 tədris ilində 102 prezident təqaüdünə layiq görülən tələbələrin 25- i Qafqaz Universitetinin tələbəsidir. 2010-2011 ci tədris ilində 7 tələbə 700 bal toplamış onlarında 4-ü Qafqaz Universitetini seçmiş. 2011-2012 tədris ilində yenə 102 tələbə Prezident təqaüdünə layiq görülüb onlarında 25 –i Qafqaz Universitetinin tələbəsidirlər. 2011-2012 ci tədris ilində 700 bal toplayan 4 tələbənin 4-də Qafqaz Universitetinin tələbəsidir . Bu il də 2012-2013-cü tədris ilində 5 abituriyent 700 bal toplayıb onların da 2-i Qafqaz Universitetini seçib. 2012-2013-ü tədris ilində Qafqaz Universitetinə 670 tələbə qəbul olmuşdur . Onların 52 nəfəri 650 baldan yuxarı, 152 nəfəri 600-dən yuxarı bal toplamışlar. 2012-2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına əsasən 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilirki . O, tələbələrin də 20 -i Qafqaz universitetini tələbələridir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs