news Image
2012.09.21
11:58
| A A A
Gənclər beynəlxalq sərgidə iştirak edir - FOTOLAR

Movqe.Az xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi "Baku Ekspo" sərgi salonunda bir neçə gün davam edəcək 6-cı Beynəlxalq "Təhsil və karyera" sərgisinə qatılıb.

"Sərgiyə gəl - gələcəyini təmin et!" şüarı altında keçirilən sərginin əsas məqsədi təhsil, xarici dil vərdişlərinin təkmilləşdirilməsi, habelə peşə və karyera inkişafı ilə maraqlanan bütün şəxslər yeni imkanlar yaratmaqdır.

Üçüncü dəfə bu sərgidə iştirak edən Mərkəz ötən illərdə olduğu kimi sərgi ziyarətçilərinə təlim proqramları, təşkil etdiyi kurslar, xaricdə təhsil proqramları və digər xidmətlərini təklif edir.

Sərginin rəsmi açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov, habelə xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri və çoxsaylı KİV nümayəndələri öz növbəsində Mərkəzin stendi ilə də tanış olmuş, gənclər üçün təklif edilən xidmətlərlə yaxından maraqlanıblar.

Qeyd edək ki, dünyanın 20 ölkəsindən ən müxtəlif ixtisaslar üzrə 70-dən artıq fakültə, kurs və proqramı təmsil edən 96 təhsil müəssisəsinin iştirak etdiyi bu sərgi Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri tərəfindən dəstəklənir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs