news Image
2012.09.23
19:29
| A A A
İranda qadın şagirdlərə 80 ixtisas üzrə ali təhsil almaq qadağan olunub
İranda qadın şagirdlərin 80 ixtisas üzrə ali təhsil almasına qadağa qoyulub. APA-nın məlumatına görə, İran Elm və Ali Təhsil Nazirliyinin yeni qərarına əsasən, artıq ölkənin 36 ali təhsil müəssisəsi bəzi ixtisaslar üzrə qızların tələbə statusu qazanmasına icazə verməyəcək. Qərar sentyabr 22-də İranda yeni tədris ilinin başlaması ilə qüvvəyə minib. Buna səbəb kimi onların məzun olduqdan sonra iş tapa bilməmələri əsas göstərilib. Eyni zamanda bu qadağa bəzi ixtisasların "qadınların təbiətinə uyğun gəlməməsi" ilə əlaqələndirilir. Yeni qaydalara görə, İranın 36 universitetində ingilis ədəbiyyatı, ingilis dili tərcüməçisi, otel administratorluğu, arxeologiya, təhsil, məsləhətçilik, informatika, nüvə fizikası, elektrik və sənaye mühəndisliyinin də aralarında olduğu 80 ixtisas yalnız kişi şagirdlərə açıq olacaq. 
Qeyd edək ki, UNESCO-nun məlumatına görə, dünyada qadın məzunların kişilərə nisbətən ən yüksək olduğu ölkə İrandır. Eyni zamanda İran Orta Şərqdə də qadınlara universitet qapılarını açan ilk ölkələrdən biridir. Ancaq son dövrdə normalda kişilərin əksəriyyət təşkil etdiyi fizika və mühəndislik kimi sahələrdə də qadın şagirdlərin sayı artıb. İranın din xadimləri isə evlilik və doğumun azaldığını deyərək, bu vəziyyətdən narahat olduqlarını dilə gətiriblər. Çünki İranda qadınlar yerlərin 65%-ni imtahanda daha müvəffəqiyyətli nəticə əldə edərək götürürdülər. 
Böyük Britaniyada mühacirət həyatı yaşayan iranlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı Şirin İbadi İran hökumətinin bu qərarına kəskin reaksiya verərək, BMT-yə müraciət ünvanlayıb. BMT baş katibi Pan Gi Mun, BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilay və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidə ünvanlanmış məktubda qadağanın əsl məqsədinin İranda qadın hərəkatını zəiflətmək olduğu bildirilir: "Bu qərar cəmiyyət sahəsindəki varlıqlarına dözüm edə bilmədiyi üçün qadınları evlərə bağlamaq istəyən İran hökumətinin həyata keçirdiyi siyasətin bir parçasıdır. Məqsəd qadınları müxalif çıxmaq və haqlarını tələb etməyin qarşısını almaqdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs