news Image
2012.09.26
13:47
| A A A
Avropa İttifaqı nümayəndəliyində görüş olub.

Movqe.Az xəbər verir ki, bu gün "Gənclər Klubu" İctimai Birliyinin sədri Asif Oruclu Avropa İttifaqı nümayəndəliyinin siyasi işlər üzrə müşaviri Liudas Kolesinskas ilə görüş keçirib. Görüşdə Asif Oruclu, rəhbəri olduğu təşkilatın fəaliyyəti və növbəti layihələri ilə bağlı L.Kolesinskasa məlumat verib, eyni zamanda Azərbaycanda və regionda gənclər təşkilatları arasında əməkdaşlıq, "Şərq Tərəfdaşlığı" Proqramının gənclər sektorunda tətbiqinə dair müzakirələr olub.

Görüş zamanı Azərbaycandakı hazırkı ictimai-siyasi durum barəsində fikir mübadiləsi aparılıb. Regionlarda gənclərin vətəndaş fəallığının artırılmasının vacibliyi vurğulanıb.

Görüşün nəticəsi olaraq, Asif Oruclu növbəti aylarda sürpriz bir layihəyə başlayacaqlarını bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs