news Image
2012.10.18
10:53
| A A A
"Xeyirxahlıq sizin ən böyük fərqinizdir"

Movqe.Az xəbər verir ki, "Kaptal Bank’’ və "Savab Dünyası" Talassemiya Asossiyası "Yardımsevər əllər birləşsin" adlı xeyiriyyə məqsədli layihə təşkil edib.

Layihə, "çalışırsız ki, hər kəsə kömək göstərəsiniz. Başqa cür yaşamağı bacarmırsınız. Axı xeyirxahlıq sizin ən böyük fərqinizdir!", şüari ilə başlanıb. Belə ki, Kapital kart və Visa-nın Visa Classic-20 azn ,Visa Gold-40, Visa Platium-50 azn  3 növdə debutor kart satışını reallaşdırır.

Layihənin əsas Hepatit C virusuna yoluxmuş talassemiyalı xəstələrin 48 həftəyə qədər davam edən bahalı və ağır müalicəsinə xərclənəcək.

Satılan kartlarin 50 %-i Savab Dünyası Talassemiya Assosiyasının hesabına köçürülür.