news Image
2012.04.15
18:30
| A A A
Çörəkbişirmə sexlərindən yenə narazılıq var
Eyyub Hüseynov: «Bəzi çörək istehsal müəssisələrinin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması istifadə olunan unun tərkibilə bağlıdır» Məlumdur ki, ölkəmizdə xeyli sayda çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. Lakin onların heç hamısı tələblərə uyğun çörək hazırlamır. Redaksiyamıza zəng edən oxucularımız son günlər çörəyin keyfiyyətinin aşağı düşməsindən şikayətlənirlər. Bildirirlər ki, çəkinin aşağı düşməsi bir yana, çörəyə qatılırsa, içi qara olur, tamı isə başqa. Daha öncə qeyd etmişdik ki, Bakı şəhərində bəzi sexlərdə bişirilən çörəklərin içində bərkimiş xəmir qırıntılarına, naməlum qara yumurucuqlara rast gəlinir.

Qeyd edək ki, ölkəprezidentininBakışəhərindəmoderntərzdə, beynəlxalqstandartlaracavabverənçörəkbişirməmüəssisələrininyaradılmasıilə bağlı İqtisadi İnkişaf Nazirliyinə göstərişi var. Düzdür, Bakı şəhərində kifayət qədər çörək istehsalı müəssisəsi yaradılıb. Müəssisələr demək olar ki, əhalinin tələbatını tam ödəyir. Amma heç bütün müəssisələrin bişirdiyi çörəyin keyfiyyəti qeyd edildiyi kimi eyni olmur.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, çörəyin keyfiyyətində problemlərin olmasından xəbərdardılar: "Bizə bununla bağlı şikayətlər daxil olur. Araşdırmalarımız zamanı məlum olub ki, bəzi çörək istehsal müəssisələrinin istehsal etdiyi məhsulun keyfiyyətinin aşağı olması çörəyin bişirilməsində istifadə olunan unun tərkibilə bağlıdır. Keyfiyyətli buğdalar hamısı dəyirmanlarda un kimi üyüdülüb çörəkbişirmə müəssisələrinə paylanılıb. İndi qalanlar hamısı köhnəlmiş, bit basmış buğdalardı. Hətta ötən yay dəyirmanda üyüdülmüş unların da keyfiyyəti qaldıqca aşağı düşür. Problemin kökü məhz vaxtı keçmiş, bit basmış buğda undan istifadə olunmasındadır. Belə unlar ucuz qiymətə satılır. Əla növ, birinci növ ikinci növ unlar var. Bizim bəzi çörək bişirmə müəssisələrində istifadə olunan un heç ikinci növə uyğun deyil. Qab-qacağın, divarın, sobanın təmiz, təzə olması hələ yetərli deyil. Əsas çörəkbişirmədə istifadə olunan un, yağ duzun tərkibidir. Un, yağ duz keyfiyyətsiz olanda təbii ki, çörək dadsız, xoşagəlməz olacaq".

E.Hüseynov əlavə etdi ki, aidiyyəti dövlət qurumları çörək istehsalı müəssisələrində istifadə olunan unun tərkibinə ciddi nəzarət etməlidilər: "Bəzən görürsən ki, çörək bir gündən sonra yapışqan olur, kiflənir. Bu onun tərkibinə müxtəlif maddələrin qatılmasını göstərir. Hər bir vətəndaş, dövlət məmuru çörək məsələsində diqqətli olmalıdır. Çünki çörək strateji məhsul hesab olunur milli genefondumuzun təhlükəsizliyinin təmin olunması üçün əhalinin keyfiyyətli qida əldə etməsinə ehtiyac var".

Azərbaycan Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, Azərbaycanda çox keyfiyyətli, təhlükəsiz, normalara cavab verən çörək istehsal edən müəssisələr mövcuddur: "Bu gün kifayət qədər çörək istehsalı müəssisəsi var ki, bazara keyfiyyətli çörək çıxarır. Çörək istehsalı müəssisələrinə dövlət nəzarəti yüksək səviyyədə təmin olunub. Təəssüf ki, fəaliyyətlərində nöqsanlar olan, normativlərə uyğun olmayan çörək istehsalı müəssisələri var. Çörəyə tələbat böyük olduğundan ölkədə çoxlu saydı çörək istehsalı müəssisələri fəaliyyət göstərir. Kəmiyyət çox olan yerdə bəzən keyfiyyət problemi olur. Çörəyin keyfiyyətinin yüksəldilməsi, bu sahədə standartlara, normalara əməl olunması üçün tərəfimizdən lazımi addımlar atılır".

F.Talıblı əlavə etdi ki, çörək istehsalı müəssisələrinin fəaliyyətinə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti biganə yanaşmır: "Dövlət Nəzarəti Xidməti 2012-ci ilin ilk üç ayı ərzində 44 çörək istehsalı müəssisəsində yoxlama həyata keçirib. Onlardan 21-nin fəaliyyətində mənfi faktlar aşkarlanıb. Müəssisələrə iradnamələr təqdim olunur. 19 çörək istehsalı müəssisəsinə isə tələbnamə verilib. 3 müəssisənin isə fəaliyyəti tərəfimizdən dayandırılıb".

F.Talıblı sonda bildirdi ki, istehsalçılar çörəyin tərkibi, çəkisi, keyfiyyətilə bağlı mənfi faktlar aşkarlıdaqları halda Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin 963 nömrəli qaynar xəttinə müraciət etsinlər.

R.Qaçayoğlu

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs