news Image
2013.01.10
13:09
| A A A
Azərbaycan-Türkiyə hərbi birliyinin yeni modeli təklif olunur
Elman Nəsirli: "Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıqda ən yaxşı variant İsraillə ABŞ arasında olan münasibətlər modelidir" Elşən Mustafayev: "Təəssüf ki, bu, indiki halda mümkün deyil" Son zamanlarda Rusiya ilə torpaqlarımızın 20 faizini işğal edən Ermənistanın hərbi cəhətdən bir-birinə daha da yaxınlaşması tendensiyası gedir. Bu yaxınlarda Moskva Ermənistandakı 5 milyard dollar həcmindəki bir sıra hərbi obyektlərini də təmənnasız olaraq İrəvana verdi. Həmçinin Rusiya İrəvanı müasir hərbi texnika ilə də təmin etməyə başlayıb.
Bölgəmizdə cərəyan edən belə bir fonda Azərbacyanla Türkiyə arasında hərbi ittifaqın yaradılması məsələsi yenidən aktual olaraq gündəmə gəlir. Çünki təcavüzkar Ermənistanın Rusiyanın dəstəyilə hərbi cəhətdən güclənməsi Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün alternativ variantlar üzərində düşünməlidir ki, belə variantlardan biri də indilikdə Türkiyə ilə hərbi ittifaqın yaradılması olardı. Düzdür, son illər Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində də geniş addımlar atılıb. Hər iki ölkə bütün sahələr üzrə strateji tərəfdaş qismindədir. Azərbaycanın erməni işğalı nəticəsində üzləşdiyi Qarabağ problemi isə hələ də cözülmək bilmir. Belə fonda isə torpaqların azad edilməsi istiqamətində müharibə ehtimalı da artır. Bu vəziyyətin özü də Azərbaycanla Ankara arasında hərbi ittifaqın vacib olması aktuallağını artırır. Görəsən, sözügedən məsələ barədə ekspertlər nə fikirdədirlər?
Sözügedən hərbi ittifaqın olmasını arzulayan digər ekspert Elşən Mustafayev də bununla belə həmin məsələnin hazırkı məqamda baş tutacağının real olmadığı qənaətindədir: "Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq amilini iki hissəyə bölmək olar. Ermənistanla Rusiya arasında hərbi müqavilə və hərbi ittifaq rəsmi şəkildə mövcuddur. Hətta həmin ittifaq rəsmi şəkildə olmadığı illərdə belə Moskva ilə İrəvan arasında qeyri-rəsmi şəkildə hərbi əməkdaşlıq vardı. Azərbaycanla Türkiyə arasında hərbi ittifaq məsələsi isə tamamilə başqa məsələdir. Türkiyənin NATO üzü olduğunu nəzərə alsaq, onun ölkəmizdə hər hansı bir hərbi hissəsinin yerləşdirilməsi birbaşa olaraq NATO-nun Azərbaycanda təmsil olunması kimi qiymətləndirilə bilər. Bu da regionun hazırkı siyasi müstəvisində qəbuledilməzdir. Ən azından ona görə ki, Moskva buna imkan verməz. Sözsüz istərdik ki, Türkiyə kimi qüdrətli bir dövlət Azərbaycanla hərbi müttəfiq olsun. Təəssüf ki, bu, indiki halda mümkün deyil. Gələcəkdə isə situasiyadan asılı olaraq bu baş verə bilər. O ki, qaldı Rusiyanın Ermənistanda hərbi gücünü gücləndirmək səyləri burada Türkiyədə yerləşdirilən "Patriot" tipli raket məsələsinin də rolu vardır. Türkiyə bu raketləri Suriyadan ola biləcək təhlükənin qarşısını almaq üçün yerləşdirsə də, Rusiya bunu həm də özü üçün təhlükə sayır. Ona görə də regionda baş verən geosiyasi situasiya ilə bağlı olaraq Moskva da müəyyən manevrlərə gedir".
money.az currency