news Image
2013.01.15
11:00
| A A A
MTRŞ sədri AzTV və İTV-ni ittiham etdi

Nuşirəvan Məhərrəmli: "Dövlət büdcəsindən maliyyələşən bu kanallar mövcud öhdəliklərini yerinə yetirə bilmir"

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli internet portallarından birinə verdiyi müsahibəsində bildirib ki, dövlət büdcəsindən maliyyələşən AzTV və İTV ictimaiyyət qarşısında məsuliyyətini dərk etmir və mövcud öhdəliklərini yerinə yetirə bilmir. Qurum sədrinin sözlərinə görə, həmin telekanallar həm dövlətdən maliyyə alır, həm də reklamdan kifayət qədər çox gəlir götürür.

"Amma buna baxmayaraq müxtəlif tipli seriallar, uşaq cizgi filmləri çəkməkdə həvəsli deyil, çox passivdirlər. Bunun əvəzində özəl telekanallarla rəqabətə girirlər. Unudurlar ki, özəl kanallar ancaq reklamlardan gələn gəlir hesabına maliyyələşirlər. Heç olmasa bunları nəzərə alıb serialların, uşaq cizgi filmlərini çəkilməsini həyata keçirsinlər", - deyə o vurğulayıb.