news Image
2012.05.09
19:35
| A A A
Azərbaycan prezidenti ölkənin şimal-qərb bölgəsində zəlzələnin törətdiyi fəsadlarla tanış olub
Dövlət başçısının Zaqatalada Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahında müşavirə keçirəcəyi gözlənilir Azərbaycan prezidenti İlham Əliyev ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində zəlzələdən zərər çəkən kəndlərdə olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dövlət başçısı Qax rayonunun Güllük və Zaqatalanın Gözbarax kəndlərində zəlzələ nəticəsində evləri dağılmış sakinlərlə görüşüb, təbii fəlakətin törətmiş olduğu fəsadlarla tanış olub. Prezident fəsadların aradan qaldırılması üçün lazımi tapşırıq və göstərişlərini verib.

Daha sonra prezident İlham Əliyev Zaqatala rayonunda baş vermiş zəlzələdən sonra yaradılmış Fövqəladə Hallar Nazirliyinin Operativ Qərargahına gəlib. Ölkə başçısının qərargahda müşavirə keçirəcəyi gözlənilir.

Qeyd edək ki, mayın 7-də səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra yeraltı təkanlar müxtəlif vaxtlarda təkrarlanıb.

Son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 274 tikili uçub, 2052 tikili qəzalı vəziyyətə düşüb, 100 sosial obyektdə çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun zəlzələdən ziyan çəkən kəndlərində 500-dən çox çadır qurulub, həmin çadırlarda 1050 ailə yerləşdirilib. 1276 ailə isə yaxınlarının və qohumlarının evlərində yerləşib. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin qərargahı fəaliyyət göstərir.

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs