Əlaqə Arxiv
news Image
2012.09.05
17:43
| A A A
Azərbaycan prezidenti DİN və GİN-in Əsasnaməsinə dəyişikliklər edib
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərmanlar imzalayıb.
APA-nın məlumatına görə, fərmanlara əsasən, hər iki nazirliyin Əsasnaməsi "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası"na uyğunlaşdırılıb.
Hər iki nazirliyin Əsasnaməsinə "uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir" və "Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır" bəndləri əlavə edilib.
 
Sizin Reklam Yeriniz