news Image
2012.09.22
18:07
| A A A
Azərbaycanın xarici işlər naziri gələn həftə ABŞ-a gedir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə sentyabrın 24-də Nyu-Yorka səfər edəcək.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 28-dək davam edəcək səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambelyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır. 

Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur. 

Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov dünən jurnalistlərə verdiyi açıqlamada XİN başçısının Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini bildirib: "Ermənistan xarici işlər naziri ilə görüş nəzərdə tutula bilər, amma bu məsələ hələ təsdiqini tapmayıb".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs