Əlaqə Arxiv
news Image
2013.04.21
13:32
| A A A
Azərbaycanlı qadın prodüser eks-sevgilisinə necə dəstək olduğunu açıqladı
O, ciddi evlilik təklifi etmişdi... Movqe.az-ın məlumatına görə, tanınmış prodüser Təranə Səmədova illər öncə müğənni həyat yoldaşı Kərim Abbasovdan boşandıqdan sonra başqa bir sənətçidən ciddi evlilik təklifini geri çevirib:

"Həmin şəxs Murad Sadıx idi. O, ciddi evlilik təklifi etmişdi. Tam sevgili olmasaq da, həmin ərəfədə Muradın dəstəyini yetərincə hiss edirdim.

Lakin bu yol evliliyə qədər gedib çıxmadı, çünki ikimiz də dost qalmağı üstün tutduq".

Təranə onu da əlavə etdi ki, sənət yolunda addımlamaqdan usanmayan eks-sevgilisinə nə dəstək lazımdırsa, məmnunluqla ondan köməyini əsirgəmir.
Sizin Reklam Yeriniz