Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
İlham Mirzəyev erməniləri susdurdu
 
 
news Image
2013.08.17
10:35
| A A A
İlham Mirzəyev erməniləri susdurdu
Psixologiya elmləri üzrə fəlsəfə doktoru Ümumdünya Psixoloqlarının Elmi Konfransında iştirak edib Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev Türkiyədə 50-dən artıq dövlətin qatıldığı "Dünyanı stressdən qoruyaq" devizi altında təşkil olunmuş Ümumdünya Psixoloqlarının Elmi Konfransında iştirak edib. Movqe.az-ın məlumatına görə, konfransda əsas məsələ olaraq insan amili və ona ətraf mühitin, cəmiyyətdə doğan mənfi nüansların, ölkələrarası müharibələrin təsiri ilə bağlı dünya alimlərinin geniş məruzəsi dinlənilib.

Dünya psixoloqları ilə münasibətlərin qurulması, psixoloji reabitasiya mərkəzləri ilə əlaqələrin yaranması və genişlənməsi məqsədi ilə təşkil olunan elmi konfransda Azərbaycanı təmsil edən AMEA-nın Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin aparıcı elmi işçisi, dosent, psixologiya elmləri üzrə fəlsəfə doktoru, institutun elmi şurasının üzvü İlham Mirzəyev "Müharibənin sərt üzü: həyat itkisi" adlı məruzə ilə çıxış edib.

O, məruzəsində Azərbaycanın son illərdə yaşadıqları ictimai-siyasi gərginliyin qonşu ölkə olan Ermənistan tərəfindən törədilən Qarabağ müharibəsinin azərbaycanlıların şüurunda, psixologiyasında buraxdığı dərin izlərdən danışıb.

İ.Mirzəyevin çıxışı Ermənistanı təmsil edən nümayəndələr tərəfindən birmənalı qarşılanmayıb. Hər zaman olduğu kimi bu konfransda da erməni təmsilçiləri müdafiə xarakterli çıxışları ilə əsassız "faktlarını" ortaya qoyublar. Bu zaman dünya psixoloqları da tanınmış teleaparıcının səsinə səs verərək onları cavabsız qalmayıblar.

Məruzəsindəki tutarlı fikirlərə istinad etdiyi müəllifi olduğu "Sosialnıy psixoloqiya stressa" kitabından sitatlar gətirən İlham Mirzəyev, Azərbaycan həqiqətlərindən sənədlərin dili ilə danışıb. Kitabda Xocalı faciəsi və Qarabağ döyüşlərində insanların başına gətirilən işgəncələri əks etdirən fotoşəkillər yer alıb. Rus dilində təqdim olunan kitabda Xocalı, Şuşa, Laçın kimi işğal altında olan ərazilərimizdə yaşanılan hadisələrin postravmatik təsiri iştirakçılara açıq-aydın izah olunub. Bu faktları təqdim edən və məruzəsi ilə reallıqlarını diqqətə çatdıran İ.Mirzəyevin sənədləri və əsaslı sübutları qarşısında həqiqəti danan erməni alimləri susmağa məcbur olublar.

Konfransda psixoloq-alim azərbaycançılıq mövqeyini ortaya qoyaraq Azərbaycan prezidenti İlham Əliyev tərəfindən münaqişənin dinc yolla həlli məsələsinə diqqəti yönəldib.

Psixoloq konfrans zamanı fikirlərini geniş ictimaiyyətin ixtiyarına verməklə Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi vəhşiliyi, yaşatdığı psixoloji sindromla məlumatlandırıb.

İ.Mirzəyev çıxışında dünya azərbaycanlılarına mesaj da göndərib. O, Azərbaycanın prezident seçkiləri ərəfəsində olduğunu diqqətə çatdıraraq, oktyabr ayında keçiriləcək prezident seçkilərində də bir daha İlham Əliyevlə birgə olduqlarını nümayiş etdirməyə çağırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs