news Image
2014.02.06
15:30
| A A A
Vüsalə ilə boşanan Azər 2-ci dəfə evlənəcək - EKSKLÜZİV
Aparıcı Azər İsmayılov boşandıqdan sonra ikinci evlilik barədə düşünür. Mövqe.az-ın əməkdaşı ilə danışan zaman xəbəri təsdiqləyən aparıcı bildirib: " Bəli, evlənəcəyəm. İkinci dəfə ailə həyatı quracağam. Hətta yaya qədər evlənməyi düşünürəm. Şəriətdə də belə bir məsələ var və Məhəmməd peyğəmbər özü deyib ki, kişi subay qalırsa deməli o, günah iş görür. Əgər mən fiziki cəhətdən sağlam və normal kişiyəmsə niyə də ailə qurmayım? Məni istəyən o qədər xanım var ki... Sadəcə seçim edirəm və məni sevib, hörmət edən, mənə dəyər verən, ailəsini, övladını düşünən, onları hər şeydən öndə tutan, əsl Azərbaycan xanımı ilə bundan sonra ailə həyatı quracağam".