Əlaqə Arxiv
news Image
2014.02.14
10:16
| A A A
Aygün Kazımova bu gün Sevgililər gününü qeyd etməyəcək !
Bu gün bir çoxları üçün sevgililər günü kimi qeyd olunsa da, xalq artisti Aygün Kazımova bu günün onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib. Xalq artisti İnstaqram səhifəsində 20 Yanvar şəhidləri İlham Fərizənin şəkillərini paylaşaraq belə yazıb : " 14 fevral mənim üçün sevgililər günü deyil! 30 iyun İlham və Fərizənin evləndiyi gündür!!! Alllah rəhmət eləsin! "

Xalq artistinin bu paylaşımına İlham və Fərizənin yaxınlarından da reaksiya gəlib. Onlar Aygün Kazımovaya təşəkkürlərini bildiriblər: " Aygün xanım, çox sağolun. Öz adımdan sizə minnətdaram. Fərizə mənim bibimdir. Biz də onunla və İlhamla fəxr edirik. Nənəm şəxsən sizə minnətdarlığını bildirir. Gözlərinizdən öpür. Ailəmiz adından sizə minnətdarıq ".

Sizin Reklam Yeriniz