Sertab Erenerin evini qarət etdilər
Mövqe.Az Türkiyə mətbuatına istinadən
xəbər verir ki, Sertab Erenerlə 15 illik həyat yoldaşı Demir
Demirkan "Painted on water" adlı albomunu hazırlatmaq üçün 6 il
əvvəl aldıqları Bodrumdakı evlərinin qarət olunduğunu aşkar
ediblər. Oğrular onların evdə olmadığı günü seçib, evdəki qiymətli
əşyaları qarət ediblər. Sertapla Demir təhlükəsizlik xidmətindən
kömək istəyiblər.
E.F.N
Mövqe.Az