"Allaha borca pul lazımdır"- Elgiz Əkbərin verlişində şok olay
Aparıcı Elgiz Əkbər bu gün İlqar Mikayıloğlunun təqdimatında
yayımlanan " Günəbaxan" verlişinin qonağı olub. Mövqe.az xəbər
verir ki, Elgiz Əkbər verlişdə maraqlı etiraf edib. Belə ki,
aparıcı 8 illik efir fəaliyyətində məhz bu il daha çox yorulduğunu
etiraf edib: " 8 illik fəaliyyətimdə daha çox bu il yoruldum. Çünki
həftə içi 5 gün, 2 saatlıq canlı yayımda oluruq. Yorulmuşam amma bu
o demək deyil ki, artıq usanmışam. Verlişimdə hər kəsi razı salmağa
çalışırıq, istəyirik bizə müraciət edən insanlar narazı qalmasın,
hər kəsin problemlərini həll etməyə çalışırıq. Amma təbii ki, bəzən
insanlar narazı qalır. Və ya bir problemi danışırlar, biz isə
tamam başqa faktları tapıb, çıxarırıq ortaya...Hər kəsi razı salmaq
çox çətindir. Bu mövsümün sonunda "Allaha borca pul lazımdır" fikri
ilə insanlardan pul yığan şəxsin fikirləri insanlar arasında
rezonans doğurub. Qalmaqallı hadisə olsa da bizim bir borcumuz da
maarifləndirməkdi. İnsanlara hər cür köməkçi olmağa çalışırıq".