Tanınmış meyxanaçı toy xəbərini yenə inkar edir
Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toy xəbərinin olması ilə
bağlı xəbər yayılıb. Mövqe.az xəbər verir ki, meyxanaçı bu xəbəri
inkar edib. Xəbərin yalan olduğunu deyən Namiq Qaraçuxurlu
soyuqladığını, məhz bu səbəbə görə ortalıqda olmadığını
açıqlayıb:
"Bilirəm toy xəbərimin təxirə salınması ilə bağlı xəbər yayılandan sonra digər jurnalistlər də bunu aydınlaşdırmaq üçün məni axtaracaqlar. Havaların dəyişməsiylə əlaqədar bir neçə gündü soyuqlamışam. Sadəcə soyuqdəymədir. Toyum təxirə filan düşməyib. Belə bir şey baş verməyib, sizə yalnış məlumat vermişlər".