news Image
2014.09.10
16:20
| A A A
Oksana finalın bir addımlığında- Dəstək olaq
Hazırda Hindistanın məşhur "İndias Best Cine Star Ki Khoj" şousunda iştirak edən rəqqasə Oksana Rəsulova növbəti mərhələyə adlayıb. 

Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl sevənlərinə ona səs vermələri üçün müraciət edən sənətçi finala iki həftə qaldığını bildirmişdi. 

O artıq münsiflərin rəyinin olmadığını, iştirakçıların yalnız səsvermə nəticəsində seçildiklərini vurğulayıb. 

Bu həftə də yarışmada qalan rəqqasə hər kəsə təşəkkür edib:
 
"Hamınızın şərhlərini oxuyuram. Amma bir-bir sizə cavab yaza bilmirəm. Hamınıza minnətdaram. Azərbaycanlı olduğum üçün çox şanslıyam. Mənə bu qədər dəstək verən dostlar sağ olsun. Növbəti həftə məni mütləq izləyin. Ürəyimcə istədiyim bir səhnəni canlandırdım. Nə olduğunu demirəm, sürprizdir". 

Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan "ZEE TV"də hər həftənin şənbə və bazar günü yayımlanır.