"Məni bu sevgi yaşadır"- Türkan Şoray
Türk kinosunun sultanı Türkan Şoray, təqdimat üzü olduğu "Gönül
Kahvesi"nin "Kazasker" şöbəsinin açılışında iştirak edib. Mövqe.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 5 saat
boyunca ancaq sevənlərinə avtoqraf verib. Pərəstişkarlarıyla
tək-tək söhbət edib, şəkil çəkdirən aktrisa belə açıqlama verib: "
Məni bu sevgi yaşadır". Xoşbəxtliyini dilə gətirən aktrisanın bu
addımı media tərəfindən də rəğbətlə qarşılanıb.