news Image
2012.10.10
18:00
| A A A
Bred Pit Bob Marli stilində
Movqe.Az bildirir ki, Bu günə qədər rol aldığı filmlərində fərqli obrazlarda görünən Amerikalı aktyor Bred Pit tanınmış bir jurnala verdiyi son müsahibəsində ailəsi ilə bağlı xüsusi sualları cavablayıb. Pit fərqli saçlarıyla verdiyi Yamayka əfsanəsi Bob Marlini xatırladan pozasıyla pərəstişkarlarının marağına çevrilib. "Interview" jurnalının son sayı üçün "Snatch" filminin rejissoru Qay Ritçiyle birlikdə iş görən 48 yaşlı ulduz atalıq rolunun həyatındakı ən əhəmiyyətli rol olmağa başladığını söyləyib. Amerikalı aktrisa Ancelina Coli və 6 uşağıyla birlikdə yaşayan Pit sözlərinə davam edərək söyləyib ki, "Ailəm hər şeydən əvvəl gəlir. Rollarımda daha seçici davranıram. Əgər onlardan uzaq qalacağamsa, məncə buna dəyməlidir."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs