news Image
2018.05.16
16:35
| A A A
Prezident İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakıda XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "World Food Azerbaijan 2018" və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgiləri ilə tanış olub.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdi.

Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxdı.