Əlaqə Arxiv
news Image
2012.04.03
19:37
| A A A
Bakı İrəvana güc göstərir "Azərbaycanın İsraildən silah alması İran əleyhinə yönələn razılaşma deyil" İsrailin Azərbaycan üzrə tanınmış eksperti Brenda Şaffer Azərbaycanın İsraildən silah almasının İran əleyhinə yönələn bir razılaşma olmadığını hesab edir.

Ekspert "The Guardian"a bildirib ki, əgər Azərbaycan öz müdafiə sistemini gücləndirirsə, çox güman ki, bu, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana ölkənin gücünü göstərmək üçün nəzərdə tutulur.

"Azərbaycan Rusiya, İran və Türkiyə ilə həmsərhəddir. Ölkənin iqtisadiyyatı əsasən neftin təhlükəsiz ixracından asılıdır ki, bu da regional sabitlik tələb edir. Azərbaycanın xarici siyasəti bu güclərin hər birini, o cümlədən ABŞ və İsraili sakitləşdirmək səyləri ilə xarakterizə olunur", - Şaffer deyib.

İran əhalisinin 30 faizdən çoxunu etnik azərbaycanlıların təşkil etdiyini deyən ekspert qeyd edib ki, Azərbaycan İsraillə olduğu kim, İranla da dostluq əlaqələrinin qorunub saxlanmasına çalışır.

"Çətin ki, ölkə aqressiv görünəcək hər hansı bir addımın atılmasına imkan versin", - Şaffer bildirib.

O, diqqətə çatdırıb ki, İranla hər hansı bir münaqişə olacağı halda, Azərbaycan bundan zərər çəkən birinci ölkə olacaq.
Sizin Reklam Yeriniz