news Image
2012.05.13
12:00
| A A A
İtaliya prezidenti: "Beynəlxaq ictimaiyyət Qarabağ münaqişəsinin həllində maraqlıdır"
Corcio Napolitano bu amilin regionda yeni imkanlar aça biləcəyini hesab edir

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi dünya ictimaiyyətinin starteji marağındadır. Belə ki, bu regionda yeni imkanlar aça bilər". İtaliya prezidenti Corcio Napolitano belə düşünür.

"Münaqişənin həlli yeni iqtisadi imkanlar yaradaraq bütün Cənubi Qafqaz regionunda stabilliyə səbəb olacaq və gənc nəsil üçün daha yaxşı gələcəyə zəmanət verəcək", - deyə o "The Business Year" jurnalına xüsusi müsahibəsində bildirib.Müsahibəsində o, həmçinin Dağlıq Qarabağ münaqişəsində status-kvonunda qəbuledilməzliyini təsdiqləyib.

İtaliya prezidenti hər iki tərəfin münaqişənin diplomatik, sülh yolu ilə həlli yollarını axtarmaq öhdəliklərini alqışlayıb və baza prinsipləri əsasında razılıq əldə etməyə cəhdləri davam etdirməyə çağırıb.

Corcio Napolitano həmçinin regionda sülh və stabilliyin əldə olunması üçün Avropa Birliyinin effektiv roluna inandığını da qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs