news Image
2012.05.13
21:05
| A A A
Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Bolqarıstan parlamentinin sədri xanım Çeçka Çaçeva Azərbaycana rəsmi səfərə gəlib Yüksək qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclisin rəsmi şəxsləri qarşılayıblar.

Bu gün axşam saatlarında xanım Çeçka Çaçeva Bayraq Meydanına baş çəkəcək. Sabah isə onun Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edəcəyi gözlənilir. Səfər zamanı Bolqarıstan parlamentinin sədri ölkə başçısı İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək. Həmçinin qonağın parlamentdə və digər rəsmi qurumlarda bir sıra görüşləri planlaşdırılır.

Çeçka Çaçeva jurnalistlərə bildirib ki, keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişaf perspektivləri, beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq, eyni zamanda parlamentlərarası əlaqələrin inkişafı və ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu müzakirə olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs