Əlaqə Arxiv
news Image
2014.05.03
21:08
| A A A
Putin başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa vilayətində ölənlərin ailəsinə başsağlığı verir. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq təcrübəyə əsasən rəsmi Kiyevə başsağlığı vermək mümkün deyil. Çünki hazırda Ukrayna hökuməti mövcud deyil.

"Lakin Vladimir Putin Odessada silahlı toqquşmalar və həmkarlar ittifaqının ofisində baş vermiş yanğın zamanı ölənlərin yaxınlarına başsağlığı verir", deyə D.Peskob bildirib. O, bildirib ki, Odessada baş verən faciədən sonra Ukraynanın cənub şərqində yaşayan insanları tərksilah etmək mümkün olmayacaq. Çünki onların həyatı təhlükə altındadır.

"Putinə Ukraynadakı vəziyyət barədə kəşfiyyat mütəmadi hesabat verir. Eyni zamanda digər dövlət strukturlarından məlumatlar daxil olur. Putin baş verənləri mediadan da izləyir. Kremldə bir neçə qaynar xətt telefonları yaradılıb və Ukraynanın şərqindən bu telefonlara on minlərlə zəng gəlir. İnsanların çoxusu çarəsizlik içindədir və kömək üçün yalvarır", D.Peskov deyib.

Dmitri Peskovun sözlərinə görə Ukraynanın cənub şərqində baş verənlərə görə məsuliyyəti "Kiyev xuntası" və onların Qərbdəki sponsorları daşıyır.

"Odessada millətçilərin və radikalların hakimiyyətin açıq-aşkar dəstəyi ilə silahsız insanları diri-diri yandırması cinayətdir. Kiyev hakimiyyəti bu cinayətə görə məsuliyyət daşıyır və onların əli qana batıb" - deyə D.Peskov bildirib.


Sizin Reklam Yeriniz