Afrika Birliyinə ilk qadın prezident
Movqe.Az "Euronews"a istinadən bildirir
ki, Afrika Birliyinin 54 üzvü, Efiopiyadakı zirvə görüşü
zamanı təşkil edilən seçkilərdə yeni başçılarını təyin edib.
Birliyin köhnə başçısı Qabonlu Cin Pinqi geridə qoyan Cənubi
Afrikalı Nkosazana Dlamini-Zuma bu vəzifəyə seçilən ilk qadın olub.
Cənubi Afrika Dövlət Başçısı Cakob Zumanın keçmiş həyat yoldaşı
Dlamini-Zuma ölkəsində hələ də Daxili İşlər Nazirliyi vəzifəsini
icra edir.