news Image
2012.04.13
19:58
| A A A
Ərdoğandan Suriyaya sərt reaksiya
Türkiyənin Baş naziri Receb Tayyip Ərdoğan Çinin təmasları əsnasında Suriyadakı son vəziyyəti qiymətləndirib. Ərdoğan, Türkiyə sərhədindəki son qarşıdurmalarla əlaqədar "Sərhəd pozuntusu açıq və dəqiq şəkildə meydana gəlmişdir" deyib.
Pekində mətbuat konfransında sərhəd pozuntusu ilə bağlı Ərdoğan bildirib ki, "Fərqliliyə doğru addım atacağıq. Fəqliliyə olan qəsdimiz düşünmək istəmədiyimizdir, oraya getməkdir".
Ərdoğan, "Bizi buna məcbur etsə Suriya rejimi məcbur edər. Məcbur etməməsi üçün də atılması lazım olan addımı Suriya atmalıdır" ifadələrini söyləyib.
Türkiyənin məqsədinin axan qanı dayandırmaq olduğunu bildirən Ərdoğan, BMT Təhlükəsizlik Şurasını Suriya mövzusunda yeni bir paket dövrəyə qoymasına çağırıb, Suriya mövzusundakı əsli vəzifənin BMT olduğunu söyləyib.
Baş nazir Ərdoğan Türkiyədə olan Suriyalıların sayının 25 minə qədər olduğunu bildirərək deyib ki : "Biz qapımızı qaçqınlara bağlaya bilmərik. Onlar Türkiyəyə xilaskar gözüylə baxırlar". "Türkiyə üçün tənhalaşır demək doğru olmaz.", deyən Baş nazir, Çinin və Rusiyanın da Suriya mövzusundakı fikirlərində dəyişiklik olduğunu qeyd edib.

Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs