Misirdə xristianlara qarşı gülünc fətva
Ölkədə xristian din adamlarını taksi və avtobuslardan istifadədən məhrum edəcək fətva verildi
Misirdə radikal dini meyllərin
güclənməsi bir daha təsdiqini tapıb. Lent.az-ın "haberturk.com"
saytına istinadən verdiyi məlumata görə, Sələfi hərəkatının öndə
gələn nümayəndələrindən Yassir əl-Burhami müsəlman sürücülərin
xristian din adamlarına xidmət göstərməsini qadağan edən fətva
verib. Yassir əl-Burhami bildirib ki, müsəlman taksi və avtobus
sürücülərinin xristian din adamlarını maşına götürməsi bir
sərnişini spirtli içkilər içilən bara aparmasından daha
pisdir. Qeyd
edək ki, İbn Taymiyya və İbn Kayyim zamanında kilsə tikmək bir
meyxana və fahişəxana inşa etməkdən daha pis əməl
sayılıb.