news Image
2012.07.29
14:55
| A A A
Lavrov: “Onun ən yaxın dostları Avropadadı”

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin Suriya rejiminin dostu olmadığını deyib.

Lent.az-ın məlumatına görə, S. Lavrov jurnalistlərin "Bəşər Əsəd Rusiyada sığınacaq ala bilərmi?" sualına sərt cavab verib.

O deyib ki, belə bir variant mümkün deyil: "Dünya ictimaiyyətinə belə bir fikri yeritmək istəyənlər çox pis niyyətli çevrələrdir. Rusiya nə Suriyadakı rejimin, nə də Bəşər Əsədin yaxın dostudu. Onun ən yaxın dostları Avropadadı. Hansısa yolla Əsəd məsələsinin çözmək istəyirlərsə, əllərindəki imkanları dəyərləndirsinlər".

Lavrov yaxın vaxtlarda Suriya müxalifəti ilə də görüşəcəklərini deyib. "Suriya müxalifəti bizi bu ölkədə inqilab olduğuna inandırmağa çalışır. Biz də cavabında bunu soruşuruq: "Əgər bu bir inqilabdırsa, onda BMT Təhlükəsizlik Şurasından niyə yardım istəyirsiniz? İnqilablar sadəcə xalq tərəfindən həyata keçirilir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs