Əlaqə Arxiv
news Image
2015.03.01
19:02
| A A A
Mina partladı: 5 hərbçi yaralandı
Ötən gün Çeçenistan Respublikasında hərbçilərin yaralanması ilə nəticələnən partlayış meydana gəlib.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Çeçenistanın Urus-Martanovsk rayonunda baş verən partlayış nəticəsində Rusiyanın 5 hərbçisi yaralanıb.

"Hadisə fevralın 28-də, saat 18:00 radələrində Çeçenistan Respublikasının Urus-Martanovsk rayonunun Şalaji yaşayış məntəqəsində, dağlıq-meşəlik ərazidə baş verib. Daxili Qoşunların mühəndis istehkam tağımı mühəndis-kəşfiyyat işləri görərkən ərazidə gizlədilmiş qurğu partlayıb", - deyə hüquq-mühafizə orqanlarına yaxın mənbə xəbər verib.

Mənbə qeyd edib ki, aldıqları yaradan sonra 5 hərbçi hadisə yerindən təxliyyə edilərək tibb məntəqələrinə çatdırılıb.
Sizin Reklam Yeriniz