Mixail Saakaşvili həbsxanada işgəncə faktı ilə əlaqədar fövqəladə bəyanat yayıb
Gürcüstanda işgəncə vermək faktı
ilə əlaqədar Gürcüstan prezidenti fövqəladə bəyanat
yayıb. APA-nın Gürcüstan
bürosunun məlumatına görə, bəyanat Tiflisdə yerləşən 8 nömrəli
Qldan həbsxanasında məhbuslara qarşı edilən qeyri-insani rəftara
görə yayımlanıb. Prezidentin sözlərinə görə, televiziyalarda
yayımlanan işgəncə kadrlarının görüntüləri onu çox qəzəbləndirib və
şok vəziyyətinə salıb. "Qldan həbsxanasında baş verən dəhşətlər
insan ləyaqətini alçaldan və hüquqlarını pozan bir aktdır. Bu
cinayətə yardım edən və qoşulanları ağır cəza gözləyir. Onlardan
çoxunu polis saxlayıb. Bu dəhşətləri törədənlər məhkəmə qarşısında
cavab verəcəklər. Digərləri də kənarda qalmayacaq. Bu faktlara görə
məsuliyyət daşıyanlar da xidmətdən uzaqlaşdırılacaq. Sizə söz
verirəm, kim ki, bu dəhşəti törədib, uzun illər həbsxanada
qalacaq", deyə Gürcüstan prezidenti bildirib.
Xatırladaq ki, həbsxanada törədilən faktla bağlı görüntüləri "Mayestro" və "9-cu kanal" yayımlamışdı. Bu görüntülərdə 8 saylı Qldan həbsxanasında məhbusluq cəzasını çəkənlərə qarşı törədilən işgəncələr əks olunmuşdu.