news Image
2012.09.19
17:35
| A A A
Dünyanın 20 ölkəsində Fransanın diplomatik nümayəndəlikləri bağlanacaq
Sentyabrın 21-də - cümə günü dünyanın 20 ölkəsində Fransanın diplomatik nümayəndəlikləri bağlı olacaq.
APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, səbəb Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsidir. Faransa XİN təhlükəsizlik məqsədilə 20 ölkədə Fransa səfirliyi, konsulluğu, mədəni mərkəzləri və məktəblərinin bağlanacağını açıqlayıb. XİN bir sıra ölkələrdən Fransa səfirliklərinin mühafizəsinin gücləndirilməsini tələb edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs