Əlaqə Arxiv
news Image
2012.09.29
12:09
| A A A
“Bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın bu bölgəsində çiyin-çiyinə yaşayacaqlar”

"Şübhə yoxdur ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları Azərbaycanın bu bölgəsində sülh şəraitində, çiyin-çiyinə yaşayacaqlar.

Biz səmimi olaraq hesab edirik ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativi yoxdur. Azərbaycan münaqişənin tezliklə sülh yolu ilə həllində ən çox maraqlı olan tərəfdir". APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib.

E. Məmmədyarov bildirib ki, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər keçirilməsinə dair Avropadakı müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təşəbbüsləri münaqişənin həli baxımından çox vacib sayır: "Ermənistan nəhayət, dərk etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası və düşmənçiliyə əsaslanan provokativ siyasəti uğur qazana bilməz. Ermənistan bunu nə qədər tez anlayarsa, ölkələrimiz o qədər tez qarşılıqlı anlayış əldə edər və bölgədə, sülh, sabitlik, əməkdaşlıq bərqərar olar".

Nazir çıxışında Suriyadakı böhran, islama qarşı həqarətlər və Yaxın Şərq probleminə Azərbaycanın münasibətini də açıqlayıb.

Sizin Reklam Yeriniz