Əlaqə Arxiv
news Image
2015.10.01
19:20
| A A A
XİN: İran Rusiyanın Suriyada hərbi əməliyyatını dəstəkləyir

İran Rusiyanın Suriyada terror qruplaşmalarına qarşı hərbi əməliyyatlarını dəstəkləyir. "Fars" agentliyinin verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mərziyyə Əfxəm deyib.

O bildirib: "İran bu əməliyyatı terrorçuluqla mübarizədə addım və regionda mövcud böhranın nizamlanmasına kömək hesab edir".

Xanım M.Əfxəm qeyd edib ki, qlobal və regional sülhə təhdid olan terrorçuluqla real mübarizə zərurətdir: "Bu məqsədlərin reallaşdırılması İraq və Suriya hökumətləri ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyətləri tələb edir".

Sizin Reklam Yeriniz