Əlaqə Arxiv
news Image
2015.10.07
18:23
| A A A
Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.


İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.


Sizin Reklam Yeriniz