news Image
2013.04.10
16:24
| A A A
Bakıda sökülən klubun inzibatçısı: "Burada heç bir əxlaqsız hərəkətlər olmurdu" - YENİLƏNİB
Bakının məşhur restoranı yerlə yeksan edildi. 15:22

Bakının məşhur gecə klubunda əməliyyat keçirilməsi ilə bağlı xəbər vermişdik. Milli.Az əməkdaşı da klubun olduğu yerə baş çəkib. Bir vaxtlar çal-çağırı ilə seçilən klubdan əsər-əlamət qalmayıb. Klubun qarşısındakı şüşəli sahə götürülüb, qapısı isə bağlanıb. Klubun içərisində olan avadanlıqlar, yumşaq oturacaqlar isə bir tərəfə toplanmış vəziyyətdə olub.

Salondakı stolların üzərində yemək və içkilərin yarımçıq qalması oradakı müştərilərin klubu atıb qaçmasından xəbər verir.  


Klubun bütün reklam işıqlandırmaları sökülüb. Yaxınlıqda yerləşən kafenin əşyaları da yük maşını ilə daşınırdı. 

 

Fotolar "Mamounia"da baş verənləri olduğu kimi göstərir. 


---------

12:02

Hadisə şahidlərindən biri Milli.Az-a deyib ki, əməliyyat keçirilən vaxt həmin gecə klubunda böyük qaçaqaç düşüb. Klubun bayır tərəfində 10-dan artıq qız və oğlan qaçaraq canlarını qurtarmağa çalışıblar. Üzeyir Hacıbəyov küçəsində hərə bir tərəfə qaçırmış. 

---------
10:15

"Mamounia" klubunun xanım inzibatçısı Milli.Az-a açıqlamasında hadisənin necə baş verməsini danışıb:

"Gəlib dedilər ki, göstəriş var, klub sökülməlidir. Bizi bayıra çıxarıb ağır texnika ilə klubu sökməyə başladılar. Biz 3-4 buldozerin qarşısını necə ala bilərdik?"

Klub inzibatçısı orada fahişəxana və qumarxana olması ilə bağlı deyilənlərə də münasibət bildirib: "Burada heç bir əxlaqsız hərəkətlər olmurdu. Buraya gələnlər imkanlı adamlar olub. Deyilənlər hamısı yalandır".

-----------
09:50

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Mamounia" gecə klubunun fəaliyyəti dayandırılıb və dağıdılıb.  


Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, ötən gecə "Momounia"da iki böyük əməliyyat keçirilib. 


Orada yerləşən qumarxanada  Bakı Şəhər Baş Polis İdarəsi, fahişəxanada isə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən keçirilən əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.