news Image
2013.08.22
11:14
| A A A
Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır
İndiyə qədər 9606 şəxs ixtisas seçimi edib Bu gün ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır. TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a  verilən məlumata görə, indiyə qədər artıq 9606 şəxs ixtisas seçimi edib. 

Bunlardan 2695-i I qrup, 1429-u II qrup, 4808-i III qrup, 680-i isə IV qrupa sənəd verən abituriyentlərdir. Məlumatda bildirilir ki, abituriyentlər bu günün sonuna kimi həm ali məktəblərin, həm də kolleclərin ixtisaslarını seçmək hüququna malikdirlər.

Qeyd edeək ki, ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi avqustun 18-dən başlayıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs