Mövsümlə əlaqədar bir neçə gün öncəyə qədər müşahidə olunan soyuq və şaxtalı hava yenə də fermerlərin zərərə uğramasına səbəb oldu. Şaxtalı havaların yenidənqayıdacağına dair səsələnən fikirlər isə fermerlərin üzləşdyi zərəri daha da artıra bilər. Xaıtrladaq ki, şaxtalı havanın təsirindən cənubda bir çox yerlərdə sitrus meyvələri, şimalda alma məhv olaraq yararsız hala düşüb. Halbuki, bu məhsullar sığorta olunsaydı, fermerə dəyən ziyan da sığorta şirkəti tərəfindən ödənər, fermerin üzərinə düşən yük yüngülləşərdi. Ölkə iqtisadiyyatının mühüm bir hissəsi olmasına baxmayaraq, hələ də kənd təsərrüfatı sahəsində sığorta müqavilələri çox az sayda bağlanır.
Bunu kənd təsərrüfatı sahəsinin az
gəlirli və riskli olmasıyla əlaqələndirən Vahid Məhərrəmov
Movqe.az-a açıqlamasında dövlətin xüsusi proqram çərçivəsində bu
işə müdaxiləsinə ehtiyac olduğunu dedi: "Azərbaycanda kənd
təsərrüfatı sahəsində sığorta məsələsi bir qədər problemlidir. Bu
sahədə cəmi 0.6 % sığortalama həyata keçirilir. Səbəb isə odur ki,
bu sahə gəlirli deyil. Və eyni zamanda sığorta şirkətləri kənd
təsərrüfatı məhsullarının istehsalı, daşınması, satışı
prosseslərinin sığortalanmasında ona görə maraqlı deyillər ki, həm
yetişdirilmə, həm daşınma, həm da satış çox risklidir. Düşünürəm
ki, dövlət müəyyən proqram çərçivəsində məsələnin həllinə
çalışmalıdır. Bütün hallarda bizim fermerlərimiz zərərə məruz qalır
və əziyyət çəkirlər.Əksər dünya ölkələrində məhsulların istehsalı
da, daşınması, saxlanması və satışı da sığortalanır. Hər hansı
hadisə baş verəndə sığorta şirkəti fermerin itirdiyi pulun ya bir
qismini, ya da hamısını ödəyir. Bu sistem bizdə də qurulmalıdır.
Fermerlərlə sığorta şirkətləri arasında anlaşma əldə edilməlidir.
Qaydalar yüngülləşdirilməlidir ki, sığorta hadisəsi baş verdiyində
fermer özünü müdafiə edə bilsin. Bizim fermerlər hüquqi cəhətdən
məlumatlı olmadığı üçün bəzi sığorta şirkətləri belə hallar baş
verəndə sığorta ödəməkdən yayınırlar. Dediyim kimi, dövlət müəyyən
proqram qəbul etməli və bu məsələyə daha ciddi
yanaşmalıdır".
Sığortaçı ekspert Xəyal Məmmədxanlı
isə mövcud problemi bu cür izah etdi: "Kənd təsərrüfatı
resurslarının sığortası sahəsində Azərbaycanda vəziyyət heç də
xoşagələn deyil. Bu, birincisi onunla bağlıdır ki, kənd təsərrüfatı
sahəsi xüsusi diqqət və xüsusi mütəxəssislər tələb edir. Bu
cür mütəxəssislər isə bu gün Azərbaycanda yalnız bir-iki şirkətdə
mövcuddur. İkinci bir məsələ ümumiyyətlə, kənd təsərrüfatı
sahəsində ixtisaslaşmış mütəxəssislərin sayının çox az olması ilə
bağlıdır. Və nəhayət üçüncü bir məsələ bir çox fermerlərin kənd
təsərrüfatı resurslarının sığortasının mümkünlüyündən xəbərinin
olmamasıdır. Çünki, dəfələrlə olub ki, kənd təsərrüfatı ilə məşğul
olan sahibkarlarla söhbətlər aparmışıq və onlara izah etmişşik ki,
siz məhsulunuzu doludan, qardan, təbii fəlakətlərdən,ziyanverici
həşəratların hücumundan, xəstəliklərdən və s. sığorta
etdirməyin mümkünlüyünü bilirsinizmi? Əksəriyyətinin ümumiyyətlə,
bundan xəbəri yoxdur. Ona görə də, birinci ən əsas problem
fermerlərin məlumatsız olmasıdır. Bundan başqa, digər sığorta
növlərindən fərqli olaraq bu növlə az sığorta şirkətinin məşğul
olması səbəbindən, onlar da çatdırıb bütün ölkədə bunun təbliğatı
ilə məşğul ola bilmirlər. Nəticədə də, insanların məhsullarını
sığortalatmaq imkanlarının olmasından xəbərləri
yoxdur.
Bu gün Azərbaycanda fermer təsərrüfatının çox böyük xərcləri var. Xüsusilə nəzərə alınmalıdır ki, də onların qazancları heç də yüksək səviyyədə deyil və maddi baxımdan da imkanları çatmır ki, məhsullarını sığortalatsınlar. Amma bu günün reallığına baxanda görmək olur ki, kənd təsərrüfatı Azərbaycan ən perspektivli sahələrdən biri olmalıdır. Ölkədə kənd təsərrüfatı risklərinin sığortası sahəsində şirkətlər çox təəssüf ki, səthi iş aparırlar. Bəzilərinin lisenziyalarında bu sığorta növü olsa da, statistikalarına baxdıqda isə, görürsən ki, heç müqavilələri də yoxdur. Bu işlə məşğul olan bir neçə şirkət var ki, onların da apardığı iş çox təssüf ki, kifayət edəcək dərəcədə deyil".