Abşeronda tikintidə dəhşətli ölüm
Abşeronda tikintidə vətəndaşın cəsədi tapılıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin
(FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda
tikilməkdə olan üçmərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il
təvəllüdlü Hümbət Süleyman oğlu
Veysəlovyıxılaraq 2-ci mərtəbədə betona
çırpılıb və aldığı bədən xəsarətlərindən hadisə yerində
keçinib. Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və
təhlükəsizlik qaydalarına riayət etməklə H.Veysəlovun cəsədini 2-ci
mərtəbədən düşürərək aidiyyatı üzrə təhvil veriblər.