Mətbuat Şurasının sədri: “Jurnalistlərin sosial sığortası ilə bağlı problem hələ də qalmaqdadır”
"Azərbaycanda jurnalistlərin sosial
sığortası ilə bağlı problem hələ də qalmaqdadır. Çünki bu vaxta
qədər redaksiyalarda nə qədər jurnalistin çalışdığı hələlik bəlli
deyil". APA-nın xəbərinə
görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, işəgötürənlə işəgötürülən arasında müqavilənin tələblərə cavab vermədən bağlanması və ümumiyyətlə belə müqavilənin olmaması problemi mövcuddur: "Azərbaycanda çalışan jurnalistlərin sayını dəqiqi müəyyən etmədən bu problemi həll etmək qeyri-mümkündür"