Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb
Azərbaycanda ali məktəblərin III
ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara
qabiliyyət imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur
Nağızadənin APA-ya verdiyi
məlumata görə, III ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət
tələb edən ixtisaslar üzrə seçmə turlarda iştirak edərək müvəffəq
qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini
ödəyən abituriyentlər iyulun 18-dən qabiliyyət imtahanı verəcəklər.
Qabiliyyət imtahanları iyulun 24-dək davam edəcək. Test imtahanının
nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə
iştirak etmək hüququ qazanıb.
Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.
Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.