news Image
2015.01.19
13:05
| A A A
Ermənistanda yeni qarşıdurma
Ermənistanın Gümrü şəhərində rus hərbçilərinə qarşı etiraz artır. 

Movqe.az xəbər verir ki, ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün erməni polisinin Gümrüdə iki sərxoş rus hərbçisini saxladığı haqda məlumat yayılıb. Ermənistanın "Qala" telekanalı əməkdaşı iki sərxoş rus hərbçisinin bir-birilə dava etdiyini və mülki geyimdəki erməni polisin onları saxlayaraq polis bölməsinə apardığı məlumatını verib. 

Sonradan Polis bölməsi xəbəri təkzib edərək rus hərbçilərin 102-ci bazada olduqlarını bildirsə də Ermənistanın "Aykakan Jamanak" qəzeti hadisənin həqiqətən baş verdiyini və şəhərdə yerli sakinlərlə rus hərbçilər arasında narazılığın getdikcə artdığını yazıb. Gümrü şəhərinin meri Samvel Balasanyan da 102-ci hərbi bazanın komandanlığına müraciət edərək hərbi hissədə daxili nizam-intizamı möhkəmləndirməyə çağırıb. Onun müraciəti Gümrüdə yerli sakinlərlə rus hərbçilər arasında münasibətin heç də ürəkaçan olmadığnın göstəricisidir. 

Qeyd edək ki, 12 yanvar tarixində Valeriy Permyakov hərbi hissəni özbaşına tərk edərək silahla şəhərə gedib və evlərində yatan Avenisyan ailəsinin 2 yaşlı uşaq olmaqla 6 üzvünü qətlə yetirib. Sağ qalan 6 aylıq uşaq sinəsində süngü yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyə əməliyyatı keçirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs