Əlaqə Arxiv
news Image
2012.08.02
20:10
| A A A
Yataqxananın yanması nəticəsində zərərçəkənlərə birdəfəlik maddi yardım göstəriləcək
Azərbaycan Nazirlər Kabineti Bakı şəhəri Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yataqxananın yanması nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım göstərilməsi barədə qərar qəbul edib. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.
Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən tərkibi 1 nəfərdən ibarət olan ailəyə 1000 manat, tərkibi 2 nəfər olan ailəyə 1800 manat, tərkibi 3 və daha çox nəfərdən ibarət olan ailənin hər bir üzvünə isə 800 manat olmaqla birdəfəlik maddi yardım göstəriləcək.
E. Qədimov onu da qeyd edib ki, hazırda yanğından zərər çəkmiş ailələr yaxınlıqda qurulan çadırlara köçürülüb. Onlar gündə 3 dəfə yeməklə, həmçinin Komitə tərəfindən geyim əşyaları və yataq dəstləri ilə təmin olunub.
Komitə rəsmisi yanğın nəticəsində yataqxanada məskunlaşmış 32 məcburi köçkün ailəsinin – 114 nəfərin zərər çəkdiyini bildirib.
 
Sizin Reklam Yeriniz