news Image
2012.09.02
14:05
| A A A
Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahan keçirilir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib. 
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilir. İmtahan bütün binalarda eyni vaxtda, saat 11.00-da başlayır. 
Bakı şəhərində 11978, Naxçıvanda 1390, Gəncədə 4841, Sumqayıtda 2270, Mingəçevirdə 1653, Şəkidə 2210, Ağcabədidə 1251, Göyçayda 2103, Şirvanda 2256, Salyanda 1346, Lənkəranda 2365, Xaçmazda isə 2014 abituriyentin imtahan verəcəyi gözlənilir. 
İmtahanın keçirilməsi üçün həmin şəhər və rayonlarda 66 imtahan binası, 250 imtahan rəhbəri, 2802 nəzarətçi-müəllim ayrılıb. 
Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcəklər. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq. 
Qeyd edək ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs