news Image
2012.09.04
14:46
| A A A
Ucarda bir qrup əlilə minik avtomobilləri təqdim olunub
Ucar rayonunda bir qrup əlilə minik avtomobilləri təqdim olunub. Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, mərasimdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, millət vəkili Elton Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 9 nəfərə "Lifan" markalı minik avtomobili verilib ki, bunlardan 4 nəfəri Qarabağ müharibəsi, 2 nəfəri Böyük Vətən müharibəsi, 3 nəfəri isə hərbi xidmət əlilidir.
Bu ilin sonuna kimi Ucar rayonunda əlillər üçün 4 mərtəbəli 36 mənzilli binanın tikintisi də planlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs