Əlaqə Arxiv
news Image
2012.09.13
11:20
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir. 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti olacaq. 
Sentyabrın 13-də Respublika ərazisində hava şəraitinin nisbətən mülayim, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Sizin Reklam Yeriniz