Əlaqə Arxiv
news Image
2012.09.21
11:26
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 21-dəhava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 21-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə sentyabrın 23-ü axşamadək Abşeron yarımadasında insanlarda xoş əhval-ruhiyyə yaradan mülayim isti və sabit hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sizin Reklam Yeriniz