Əlaqə Arxiv
news Image
2012.10.05
17:55
| A A A
Ofisdəki uğurun açarı pişik balasının şəkilləridi
Yaponiyada aparılan araşdırmada ofisdə masalarının üzərinə bala it ya da pişik şəkilləri qoyan kəslərin işlərində daha məhsuldar olduğu ortaya çıxıb. Movqe.Az xəbər verir ki, Yaponiyada olan Hiroshima Universitetindən elm adamlarının apardığı araşdırma heyvanların iş həyatına müsbət təsir etdiyini ortaya çıxarıb. İşə görə iş yerlərində masalarına bala pişik və it şəkilləri qoyan kəslər gördüyü işlərə daha çox fokuslana bilir. Elm adamları masalarında pişik ya da itlərinin fotoşəkillərinə baxaraq işləyən kəslərin işləyərkən, xüsusilə bala heyvan şəkillərinə baxmasının motivasiyasının müsbət istiqamətdə təsir etdiyini açıqlayıb.
İngilistərənin "Daily Mail" qəzetinin xəbərinə görə işi icra edən qrup üç könüllü qrupun üzərində bir test reallaşdırıb. Bir qrupun masasına ləzzətli yeməklərin fotoşəkilləri, digər masaya yetkin pişik və itlərin şəkilləri, sonuncu masaya isə onların balalarının fotoşəkilləri yerləşdirilib.
İş prosesindəki məsuliyyətləri araşdırılan qruplar arasında bala heyvan şəkillərinin olan masada işləyən işçilərin performanslarının digərlərinə görə 10% nisbətində artdığı görülüb.
Hiroshima Universitetindən Hiroşi Nittono araşdırmayla əlaqədar olaraq bunları söyləyib: "Sevimli heyvanların fotoşəkilləri olduğu məkanların xüsusi abu-havası olur. Xüsusən də masa arxasında işləmək kimi xüsusi konsentrasiya tələb edən vəziyyətlərdə diqqətli davranış meyllərini artırır."
Sizin Reklam Yeriniz