Baş Pediatr: "Dərman firması ilə iş birliyi qurub bu cür dərmanların uşaqlara tez-tez təyin edilməsinin düzgün deyil"
Fəslin dəyişməsi ən çox uşaqların səhhətinə öz təsirini göstərir.
Hava dəyişikliyi azyaşlılarda boğaz ağrısı, qızdırma, qrip,
qızdırma, iştahsızlığa səbəb olur. Həkimlər də payız-qış aylarının
immun sisteminin zəiflədiyi dövr olduğunu əsas gətirərək uşaqlara
daha çox immunomodulyatorlar təyin edirlər. K. Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev
immunomodulyatorların ildə iki dəfə xəstələnən uşaqlara təyin
edilməsinin yalnış olduğunu söyləyib. Movqe.az-a açıqlamasında ölkənin baş pediatrı
ümumiyyətlə immunomodulyatorların orqanizmin immun sisteminə
birbaşa deyil, dolayı yolla təsri etdiyini söyləyib: "Həkimlər
dərmanlardan öncə uşaqların immun sisteminin təbii vasitələrlə,
qida və hava ilə gücləndirilməsini tövsiyyə etməlidirlər. Bəzən
ildə iki dəfə xəstələnən uşaqlara immunomodulyator təyin edirlər.
Bu yalnışdır. Hansı uşaq tez-tez xəstələnərsə, immun sistemi
zəifdirsə ona təyin edilməlidir immunomodulyaorlar, immun sistemi
tənzimləyiciləri".
N. Quliyev hansısa dərman firması ilə iş birliyi qurub bu cür dərmanların uşaqlara tez-tez təyin edilməsinin düzgün olmadığını bildirib: "Mən inanmıram ki, həkim adını daşıyan insan belə bir səhvə yol versin. Çünki, həkim tibbi göstəriş əsasında dərman yazmalıdır, hansısa xəstənin göstərişi əsasında deyil".
Bununla belə baş pediatr tibbi göstəriş olduğu halda uşağa immunomodulyatorların təyin edilməsini normal qəbul etdiyini deyib. N. Quliyev deyib ki, immunomodulyatorların tibbi göstəriş olmadan təyinatının uşağın orqanizminə ciddi zərərəi olmasa da, effekti də yoxdur: "Hər bir dərmanın təyinatı var. Onun təlimatında bu barədə qeyd göstərilib. O təlimata əsasən dərman xəstəyə təyin edilməlidir".
Qeyd edək ki, immunomodulyatorlara tələbat çox olduğundan, son vaxtlar dərman firmaları müxtəlif adda immunomodulyatorları həb və sirop şəklində satışa buraxırlar. Müxtəlif firmaların istehsalı olan immunomodulyatorın qiyməti isə heç də ucuz deyil. Hazırda satışda qiyməti 45-60 manata da immunomodulyatorlar var.